"Qaz İxrac” İdarəsinə məxsus “Oğuz-Yaqublu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar yanvarın 11-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Yaqublu” Qaz Paylayıcı Stansiyasından qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz" İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki,təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.