logo

Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

15:20 10-01-2022 | icon 3360
Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 621 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 919 nəfər müalicə olunaraq sağalıb, 8 457 nəfər vəfat edib, aktiv xəstə sayı 7 187 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 247, ötən müddət ərzində isə ümumilikdə 5 948 270 test aparılıb.