logo

Gəncədə avtoş 15 sutka həbs edildi, üstəlik sürücülük hüququ ləğv edildi

11:55 10-01-2022 | icon 2030
Gəncədə avtoş 15 sutka həbs edildi, üstəlik sürücülük hüququ ləğv edildi

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, şəhər sakini Müşfiq Qasımov idarə etdiyi “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib. Bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Müşfiq Qasımov sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka inzibati qaydada həbs edilib.