logo

Sabah  milli parklarda “Açıq qapı” günü keçiriləcək

11:33 10-01-2022 | icon 1813
Sabah  milli parklarda “Açıq qapı” günü keçiriləcək

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü olacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova YeniAvropa-ya bildirilib ki, 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur: “Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir”.

Xidmət rəsmisinin sözlərinə görə, “Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.