Azərbaycanda növbəti dəfə zəlzələ olub.
YeniAvropa xəbər verir ki, yeraltı təkanlar Zəngilan rayonunda 3 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri rayonun Yuxarı Yeməzli kəndi olub.
Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu gün həmçinin Ağstafa rayonunda da 3 bala yaxın maqnetudada zəlzələ qeydə alınıb.