Bakıda 35 yaşlı kişi intihara cəhd edib.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Celə ki, 1987-ci il təvəllüdlü Əliyev Cavid Azər oğlu şüşə parçası ilə özünə xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolda çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.