logo

Azərbaycanda “omikron” ştamı qeydə alınmayıb

21:51 08-01-2022 | icon 3318
Azərbaycanda “omikron” ştamı qeydə alınmayıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı qeydə alınmayıb. Burada həyata keçirilmiş qabaqlayıcı tədbirlərin rolu böyükdür.

 YeniAvropa xəbər verir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdən gələnlər Azərbaycana yalnız test nəticələrində COVID-19-a yoluxmadıqları təsdiq edildiyi halda daxil olurlar.

"Bu, “omikron” ştamının ölkəyə gəlməməsi üçün çox əhəmiyyətlidir. İstənilən halda, Azərbaycanda tibbi personal koronavirus infeksiyasının müalicəsində artıq peşəkarlaşıb. Tibb müəssisələri bu istiqamətdə professional xidmət göstərə bilir”,-deyə TƏBİB rəhbəri bildirib.