logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 692 min nəfəri ötüb

16:56 08-01-2022 | icon 1505
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 692 min nəfəri ötüb

Yanvarın 8-də Azərbaycanda 32 min 306 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 869 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 249 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 471 min 597, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 181 min 783, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 692 min 515 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 597 min 299 nəfər təşkil edir.