Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1A ünvanında “Progress-2016” Mənzil-Tikinti Kooperativi tərəfindən çoxmərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki beş ağacın aşdığı, altı ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq.