Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-nə olan məlumatına əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsib, arabir 20 metr/saniyəyədək güclənib. Altıağacda küləyin sürəti saniyədə 23 metrə çatıb.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrdir.
Gün ərzində küləyin maksimal sürətinin Bakıda və Abşeron yarımadasında arabir saniyədə 23-28 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 metr/saniyə olacağı proqnozlaşdırılır.
Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə edilir.
Yanvarın 8-dən 9-na keçən gecə küləyin sürəti 8-13 metr/saniyəyədək mülayimləşəcək. Gündüz cənub-qərb küləyi əsəcək.