logo

Çörək sexində qolu xəmirqarışdıran  qurğuya düşən qadın ölüb

12:52 08-01-2022 | icon 2177
Çörək sexində qolu xəmirqarışdıran  qurğuya düşən qadın ölüb

Yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Nərimanov rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla Mətanət Həsənovanın zavodun istehsal sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolunun qarışdırıcının arasında qaldığı və nəticədə aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.