logo

Astara gömrük əmkədaşı rüşvətalma görə həbs edildi

11:11 08-01-2022 | icon 1827
Astara gömrük əmkədaşı rüşvətalma görə həbs edildi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə həmin dövlət orqanından daxil olmuş material əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, istintaqla 2020-ci ilin iyulunda həmin Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ayrı-ayrı vaxtlarda İran İslam Respublikasının vətəndaşları tərəfindən gətirilən və Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi ümumilikdə 33 min 440 manat dəyərində tibbi vasitələri qanunamüvafiq sənədləşmə aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə, qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla Tağıyevin isə vəzifə səlahiyyətlərini aşaraq bu malları şəxsi məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.