Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə yanvarın 7-də saat 17 radələrində Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.