İntim videosu yayılan Ramiz Göyüşovun məhkəməyə gəlməlidir
Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
YeniAvropa xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.
Məhkəmədə bildirilib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov iclasda iştirak etməyib. Onun məhkəməyə ərizə göndərdiyi məlum olub. Ərizədə göstərib ki, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyi üçün proses onun iştirakı olmadan keçirilsin.
Daha sonra M.Ələkbərovun vəkili Araz Nurməmmədov növbəti iclasda R.Göyüşovun iclasda iştirak etməsinin təmin olunmasını istəyib: "Ona veriləcək suallar var".
Növbəti proses yanvarın 14-nə təyin olunub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir