Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən xəstəxana binasında yanğın baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirlib.
Qeyd edilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım maşınları cəlb olunub.
Xəstələr təxliyə edilib.
Yanğın söndürülüb.