Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yanvarın 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürəti saniyədə 15-20 metr olacağı, arabir 23-25, yanvarın 8-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.
Yanvarın 8-də Azərbaycanın bəzi rayonlarında qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır. Yanvarın 8-i axşam və 9-da gecə bəzi şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var.