logo

Baş Prokurorluq Bakıda 37 ağacı kəsən sabiq deputatla bağlı  araşdırma aparır

12:22 07-01-2022 | icon 1806
Baş Prokurorluq Bakıda 37 ağacı kəsən sabiq deputatla bağlı  araşdırma aparır

70 saylı Masallı şəhər Seçki Dairəsindən 10 il Milli Məclisin deputatı olmuş, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, paytaxtın Nərimanov rayonundakı Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır: "Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Xatırladaq ki, N.Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Deputat olduğu müddətdə gah saxta diplomu ilə, gah vergi borcuna görə, gah da ki, oğlu İsmayıl Nəriman oğlu Əlizadənin paytaxt küçələrində avtoxulqanlıq etməsi ilə daim mətbuatın gündəmində olub. 

Bir neçə gün əvvəl isə mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.