Gəncədə 55 yaşlı kişi meyiti aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirilib.
Qeyd edilib ki, FHN-in "qaynar xətti"nə Gəncə şəhərinin Nizami rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Məmmədov Vahid Səməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.