COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 684 min nəfəri ötüb
Yanvarın 6-da Azərbaycanda 33 min 482 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 594, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 457 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 431 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 407 min 447, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 175 min 536, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 684 min 670 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 547 min 241 nəfər təşkil edir.