Yanvarın 4-də saat 22 radələrində Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birində bir nəfərin 200 manatlıq saxta əsginas verməsi barədə məlumat daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.