Dekabrın 31-dən yanvarın 5-dək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə KTM-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, müraciət edənlərdən vəziyyəti ağır qiymətləndirilən 13 nəfər Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5 nəfəri dəm qazı, 3 nəfəri dərman, 1 nəfəri sirkə turşusu, 2 nəfəri allergiya, 2 nəfəri isə etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, bir qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən isə 28 nəfəri dəm qazı, 13 nəfəri dərman, 33 nəfəri alkoqollu içki, 9 nəfəri göbələk, 9 nəfəri allergiya, 1 nəfəri əqrəb sancması şikayəti ilə müraciət edib.
Müraciət edən digər 36 nəfərdə zəhərlənmə faktı qeydə alınmayıb.