logo

Azərbaycanda Fransa şirkətinin dərmanının satışına qadağa qoyuldu

11:11 05-01-2022 | icon 3290
Azərbaycanda Fransa şirkətinin dərmanının satışına qadağa qoyuldu

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

"Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, topdan və pərakəndə satışı dayandırılıb"- mərkəzdən bildirilib.

Qeyd edək ki, 2021-ci ildə “EQİS əczaçılıq zavodu” QSC-yə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide 0010319 seriya (2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blister, “Svvissmed Service” MMC şirkətinin müraciətinə əsasən Sloveniyanın “Lek Pharmaceuticals d.d.” şirkətinin istehsalı olan KN0066 seriya ilə buraxılmış 50 mg tərkibli örtüklü tabletlər №50 və 028361 seriya ilə buraxılmış “Fosfalyugel” ticarət adlı dərman vasitəsinin Azərbaycanda satışı qadağan edilib.