Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 51 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.