Balakəndə 6 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində silsilə əməliyyatlar keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirlib.
Qeyd edilib ki, keçirilmiş tədbirlərlə 9 nəfər tutularaq məsuliyyətə cəlb olunub və 6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Tülü kənd sakini Elşən Orucov saxlanılıb və şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin narkotik vasitəni rayon sakini Şahmurad Bodurovdan, Ş.Bodurovun isə Gərəkli kənd sakini Ramazan Umayevdən 100 qramını 500 manata aldığı müəyyən edilib. Onların hər ikisi saxlanılıb və şəxsi axtarış zamanı qurudulmuş marixuana, eləcə də narkotik satışından əldə etdikləri pul aşkarlanaraq maddi sübut kimi götürülüb. R.Umayevin özünün nəzarətində olan,ancaq heç kimin yaşamadığı xalasının evinə baxış keçirilən zaman oradan 3 kq 635 qram marixuana aşkar edilib və qablaşdırılaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyatlar zamanı isə rayon sakinləri, əvvəllər məhkum olunmuş Rasim Əliyev, Taleh Ömərov və Tural Ərbəşiyev saxlanılıblar. R.Əliyevdən 455, T.Ömərovdan 196 qram marixuana, T.Ərbəşiyevdən isə “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanıb.
Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 3 nəfər – əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkum olunmuş Saleh Bayramov, Samir Ayvazov və Səxavət Qədirov saxlanılıblar. Saleh Bayramovun Mahamalar kəndində yaşadığı ünvana baxış keçirilərkən istixanada, xəzəllərin arasında gizlətdiyi sellofan torbadakı 400 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. Digər iki nəfərin üzərinə baxış keçirilən zaman Samir Ayvazovdan heroin, Səxavət Qədirovdan isə 350 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir