logo

Demet Akalın ilə əri Rza Zərraba 50 milyon dollar "atıb"-İDDİA

23:13 04-01-2022 | icon 60095
Demet Akalın ilə əri Rza Zərraba 50 milyon dollar "atıb"-İDDİA

Aparıcı Seyhan Soylu müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurtla bağlı irəli sürdüyü iddia ilə Türkiyə mediasının gündəmini zəbt edib.

YeniAvropa  Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddiaya görə, 2018-ci ildə Demetlə Okan İtaliyaya istirahətə gedir. Orada Ebru Gündeş və Rza Zərrabla qarşılaşırlar. Ebru ilə Demetin münasibəti dostluğa çevrilir və Okan, Rza Zərrabdan 50 milyon dollar borc alır.

Türkiyəyə qayıtdıqdan sonra isə iflas etdiyini açıqlayır və pulu geri qaytarmır.

Xatırladaq ki, Demet Akalın ilə Okan Kurt 2018-ci ildə boşanmışdı, ancaq onlar eyni evdə yaşamağa davam edirdilər.