COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 170 min nəfərə çatır
Yanvarın 4-də Azərbaycanda 183 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 75 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 346 min 548, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 431, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 760 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 357 nəfər təşkil edir.