logo

Paytaxtda polis rəisinin müavini qəfildən dünyasını dəyişdi

21:51 03-01-2022 | icon 2240
Paytaxtda polis rəisinin müavini qəfildən dünyasını dəyişdi

Daxili İşlər Nazirliyinin Nizami rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.

 YeniAvropa xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki,  49 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumatı DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər.