Yanvarın 3-də Azərbaycanda 80 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, buster doza qəbul edənlərin sayı isə 7 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 346 min 365, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 419, ikinci mərhələ üzrə vaksinasiya edənlərin sayı 4 milyon 676min 664, buster doza qəbul edənlərin sayı isə1 milyon 500 min 282 nəfərdir.