logo

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

17:17 03-01-2022 | icon 3178
Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 576 nəfər müalicə olunaraq sağalıb, 273 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 617 min 952 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib. Onlardan 601 min 645 nəfər müalicə olunaraq sağalıb, 8383 nəfər vəfat edib. Aktiv xəstə sayı 7924 nəfərdir.

Ötən müddət ərzində 5 milyon 883 min 101test aparılıb. Bugünkü test sayı isə 6337-dir.