Gəncə sakinindən tapança və 4 ədəd patron götürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovdan “Naqan” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.