Sabah səhər saatlarından Bakının Heydər Əliyev prospektinin Mircəfər Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarları yuyulacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
"Sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə AAYDA-nın məlumatında qeyd edilib.