Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 3-ü saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə hava yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi əsib, arabir güclənib.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Rvarudda (Lerik), Ləzədə (Qusar) 11, Şahbuzda 7, Ağdərədə (Ordubad) 6, Yardımlıda 5, Şabran, Ordubadda 4, Xınalıq, Lerik, Quba, Qrızda 3, Astara, Şərurda 2, Lənkəran, Qusar, Xaltan, Biləsuvar, Sədərəkdə 1, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18, Rvarud (Lerik), Qrızda 13, Ağdərədə (Ordubad) 10, Xınalıq, Şahbuzda 7, Xaltanda 6, Lerikdə 4, Şərur, Sədərəkdə 2, Qusar, Sarıbaşda (Qax) 1 santimetr təşkil edib.
Şimal-qərb küləyi əsib, arabir Naftalanda 28-32, Şəki, Tərtərdə 25, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20, Ağdamda 18, Bakıda və Abşeron yarımadasında 15-19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Aran rayonlarında 3-6° isti, dağlıq rayonlarda 2-9° şaxta, Naxçıvan Muxtar Respublikasında 3-8° şaxta olub.