Baş Prokurorluq Azərbaycan Ordusunun əsgərinin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat verilib.
Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.