Azərbaycanın kimyaçı alimi, dövlət mükafatı laureatı, əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Qeyd edək ki, o, 1970-ci ildə “Neft-kimyası” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Xatırladaq ki, Məhərrəm Məmmədyarov Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.
Allah rəhmət etsin!