COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 676 min nəfəri ötür
Azərbaycanda gün ərzində 42 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, “buster” doza ilə peyvənd olunanların sayı isə 4 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 285, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 401, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 609 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 275 nəfərdir.