"Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar özünün "Tvitter" hesabında Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib.
YeniAvropa xəbər verir ki, Səlcuq Bayraktar paylaşımında “Kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı” sözlərini yazaraq Türkiyə və Azərbaycan bayraqlarının şəkillərini paylaşıb.
"Texnofest"in yenilənməsi prosesi başa çatıb. “Biz 2022-ci ilə hazırıq” – deyə festivalın "Tvitter"dəki səhifəsində qeyd edilib.
Qeyd edək ki,"Texnofest-2022" festivalı bu il Azərbaycanda təşkil olunacaq. "Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival olub. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub.