2022-ci ilin ilk körpəsi oğlan uşaqlarıdır.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, körpələr Gəncə Perinatal Mərkəzində dünyaya gəliblər.
Körpələr əkizdir. Uşaqların anası Bərdə rayon Qarağacı kənd sakinidir. Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.