logo

Bayram axşamı Bakıda iki nəfəri blçaqla qətlə yetirdilər

11:33 01-01-2022 | icon 2996
Bayram axşamı Bakıda iki nəfəri blçaqla qətlə yetirdilər

Ötən gün Bakıda iki nəfər bıcaqlanaraq öldürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində Fikrət Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Eyni zamanda, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olub.

İstintaq-əməliyyat tədbirləri ilə əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.