İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl Malikin Səudiyyə Ərəbistanının ətraf mühit, su və kənd təsərrüfatı naziri Əbdülrəhman bin Əbdülmöhsün Əl-Fadhli ilə keçirdiyi görüşdə 2022-ci ildə Ciddə şəhərində İslam Dünyası Ekologiya Nazirləri Konfransının 9-cu sessiyasının keçirilməsi müzakirə olunub.
YeniAvropa xəbər verir ki, bu barədə təşkilatın baş ofisinin yaydığı məlumatda bildirilib.
Görüşdə ətraf mühitin mühafizəsi üzrə keçiriləcək bu mötəbər tədbirə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, həmin sessiyada İslam dünyasında ən yaxşı ekologiya layihəsi mükafatının da təqdim edilməsi barədə qərar qəbul olunub. Müsabiqədə iştirak edəcək şirkət və ya korporasiyalar gələn il martın 31-dək öz layihəsini təqdim etməlidir.