logo

Şadlıq sarayının sahibi həbs olundu

10:15 31-12-2021 | icon 2471
Şadlıq sarayının sahibi həbs olundu

Dekabrın 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 133 toy şənliyinin monitorinqini həyata keçirib.

 YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 130 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər cərimə olunub, 1 şadlıq sarayının sahibi həbs edilib, 2 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.