Xəzər rayonunun Binə qəsəbəsində Hövsan Südçülük Sovxozu adlanan ərazidə yaşayan Samir Məmmədov rayon polis idarəsinin 3-cü polis şöbəsinə müraciət edərək qızı 2003-cü il təvəllüdlü Fidan Məmmədovanın yaşadığı evdən çıxıb və bir daha qayıtmadığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, F.Məmmədova arıq bədən quruluşludur, boyu 160 santimetrdir. Gözləri şabalıdı, saçları isə uzun və qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində çəhrayı köynək, qara rəngli cins şalvar və ağ idman ayaqqabısı olub.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Zəng Mərkəzinə, həmçinin Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə (012) 456-03-02, (012) 590-72-03 və (050) 222-82-80, (055) 211-81-74, (051) 571-03-71 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.