Gəncədə bıçaqlanma hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin "Natavan" qəsəbəsində yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb. Tərəflər arasında düşən mübahisə zamanı 1999-ci il təvəllüdlü R.Həsənov bıçaqlanıb. Xəstəxanaya çatdırılan gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
22 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.