Bakıda Xəzər dənizinin səviyyəsinin enməsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da enməsi probleminin müzakirəsi üçün 2022-ci ilin mart ayında Azərbaycanda Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
U.Tağıyeva qeyd edib ki, hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur.