Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.
YeniAvropa xəbər verir ki, bu barədə Vasif Eyvazzadə özünün "Facebook" hesabında məlumat paylaşıb.
O, bundan sonra fəaliyyətini digər istiqamətlərdə və fərqli statusda davam etdirəcəyini qeyd edib: "Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik".
Qeyd edək ki, Vasif Eyvazzadə bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.