Bakıda yeni il axşamı qar müşahidə edilməsinə nadir rast gəlinir. Son 20 ildə cəmi dörd dəfə bu hadisə qeydə alınıb: 2007, 2009, 2012, 2016-cı illərdə. Yeni il axşamı Bakıda ən soyuq hava 2009-cu ildə qeydə alınıb. Həmin gün 2 dərəcə şaxta müşahidə edilib və 14 santimetr qar örtüyü əmələ gəlib.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
U.Tağıyevanın sözlərinə görə, növbəti yeni il axşamı da Bakıda qar gözlənilmir: "Dekabrın 31-dən 1-nə keçən gecə sabit hava şəraiti müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, sürəti günorta saatlarında artacaq. Havanın temperaturu 7-10 dərəcə isti olacaq".