Kürdəmirdə bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Xəyal Şıxaliyevin məhkəməsi başlayır.
YeniAvropa xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 11-nə təyin edilib.
Qeyd edək ki, bu il sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.