Azərbaycanlı jurnalist, "Zerkalo" qəzetinin əməkdaşı Fuad Əlizadə vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə qəzetin baş redaktoru Elçin Şıxlıya istinadən xəbər yayılıb. Bildirilir ki, ölüm koronavirus infeksiyası səbəbindən baş verib.
53 yaşlı Fuad Əlizadə dekabrın 10-da koronavirusa yoluxub, daha sonra vəziyyəti ağırlaşıb və aparılan müalicə tədbirləri nəticə verməyib.