logo

İsmayıllıda müəllim intihar etdi

10:51 25-12-2021 | icon 6881
İsmayıllıda müəllim intihar etdi

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə  rayonun Mican kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Nəzakət Müzəffərli yaşadığı evdə özünü asaraq intihar edib. 

O, coğrafiya müəllimi olub. 

İntiharın səbəbi hələlik məlum deyil.

Lakin onun son vaxtlarda psixoloji sarsıntı keçirdiyi haqda məlumat yayılıb.

Faktla bağlı araşdırma aparılır.