logo

ÜST: “Omikron” ştamı 110 ölkədə aşkarlanıb

14:54 24-12-2021 | icon 3556
ÜST: “Omikron” ştamı 110 ölkədə aşkarlanıb

Koronavirus infeksiyasının “omikron” ştamı artıq 110 ölkədə aşkarlanıb. Bu ştam “delta” variantından daha sürətlə yayılsa da, nisbətən az ağır ola bilər.

YeniAvropa  xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə günü yenilənmiş informasiyasında yer alır.

“Dekabrın 22-nə olan məlumata görə, “omikron” dünyanın 110 ölkəsində, ÜST-nin bütün altı regionunda aşkarlanıb”, - deyə təşkilatın bəyanatında bildirilir.

Qeyd olunur ki, “omikron” ştamı “delta” variantından çox sürətlə yayılır və nisbətən az ciddi ola bilər. Lakin hələlik vaksinlərin xəstəliyin yüngül keçməsinə nə dərəcədə təsiri göstərdiyi məlum deyil.

Xatırladaq ki,  “omikron” ştamı ilk dəfə noyabr ayında Afrikanın cənubunda aşkarlanıb. Mütəxəssislərin fikrincə, o, pandemiya dövrü ərzində alimlərin müəyyən etdiyi digər ştamlara nisbətən daha sürətlə yayılır və çox sayda mutasiyaya malikdir.