Nizaminin əsərləri "Azercell"in rəqəmsal təqdimatında!
Azərbaycanın orta əsr ədəbiyyatının ən görkəmli siması olan Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə prezident İlham Əliyevin sərəncamına əsasən 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib.
YeniAvropa xəbər verir ki, dekabrın 23-ü Bakı Kitab Mərkəzində “Azercell Telekom”un təşəbbüsü ilə Nizaminin zəngin bədii irsinə həsr edilmiş “Audiokitab” layihəsinin təqdimatı keçirilib.
Layihə haqqında iştirakçılara məlumat verən "Azercell"in Media ilə Əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya qeyd edib:“Azərbaycanlı müəlliflərin əsərlərini rəqəmsal formata keçirməklə şirkət xüsusi olaraq gənclər arasında mütaliə mədəniyyətini genişləndirmək, həm də müasir oxuculara dünyanın bütün nöqtələrində rəqəmsal cihazlar vasitəsilə xalqımızın mədəni irsini daha əlçatan və rahat etməyi qarşısına məqsəd qoyur. Məhz bu niyyətlə elektron kitabxananın inkişafında "Azercell"in növbəti təşəbbüsü beynəlxalq elektron platforma vasitəsilə Nizami əsərlərinin audiokitab formatında dünyanın beş dilində təqdim edilməsi oldu.”
Qeyd edək ki, layihə çərçivəsində “Azercell”in dəstəyilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audio materiallar Azercell-in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib.
Layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: “Kərpickəsən kişinin dastanı” və “Adil Nuşirəvan ilə vəzirin hekayəti”nə komiks janrında çəkilmiş şəkillərindən fotoalbom hazırlanıb. Tədbirdə yeni formatda hazırlanmış “Kərpickəsən kişinin dastanı” komiksi də iştirakçılara təqdim olunub.
Təqdimat mərasimində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və“Colorit” yaradıcılıq emalatxanasının rəhbəri Teymur Nəcəfzadə də çıxış ediblər.
Təqdimatın bədii hissəsində müəllif və qiraətçilər Xəzər Süleymanlı və Səməd Hətəmov Gəncəvinin ölməz əsərlərindən bəzi hissələri ifa ediblər. Daha sonra vokal ifaçısı Tomrisin çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Mərasimdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Leyli və Məcnun” baletindən səhnə də nümayiş etdirilib.
Xatırladaq ki, "Azercell" tərəfindən eksklüziv şəkildə təqdim olunan “Bookmate” tətbiqi məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta, oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audiokitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Bundan əvvəl milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə Azercell şirkəti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şairin seçmə qəzəllərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq elektron kitabxanaya yükləmişdi.
“Bookmate” Rəqəmsal kitabxanası haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar: https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır